📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın 20 dronu vuruldu

2023-06-15 11:47:00

İranın 20 dronu vuruldu

Hurriyyet.az xəbər verir ki, iyunun 15-nə keçən gecə Rusiya ordusu Ukraynaya Х-101/Х-555 qanadlı raketləri və “Şahed 136/131” dronları ilə zərbələr endiriblr.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığının məlumatına görə, Rusiyanın Tu-95MC strateji qırıcıları Xəzər dənizindən 4 raket atışı həyata keçiriblər. Raketlərin biri məhv edilib, digərləri Dnepropetrovsk vilayətinin sənaye obyektlərinə düşüb. Qaz boruları zədələnib. Bundan savayı, şimal və cənub istiqamətlərindən 20 ədəd kamikadze PUA buraxılıb. Dronların hamısı Ukraynanın HHM sistemləri ilə vurulub.

38 yaşlı dinc sakin orta ağır dərəcədə yaralanıb.

Hürr Tərcüman