📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İranın 5 atom bombası hazırlamaq imkanı var” – İsraildən iddia

2023-05-04 19:07:00

“İranın 5 atom bombası hazırlamaq imkanı var” – İsraildən iddia

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, İsrailin Müdafiə naziri Yoav Qalant İranın 5 atom bombası istehsal eləmək üçün yetəcək qədər zənginləşdirilmiş uran ehtiyatına malik olduğu iddiası ilə çıxış edib.

“Tayms of İsrael” nəşrinin yazdığına görə, nazir Afinada səfərdə ikən həmkarı Nikolas Panayotopulosa deyib: “Səhv etmək olmaz. İran bir bomba hazırlamaqla  kifayətlənməyəcək. Hazırda İran uranı 20%-dən 60%-ə qədər zənginləşdirləşdirib. Bu da beş atom bombası istehsalı üçün yetərlidir”.

Qalant söyləyib ki, “Tehranın uranı 90%-ə qədər zənginləşdirməsi böyük bir səhv olar və regionu alovlandıra bilər”.

Hürr Tərcüman