📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Moskvaya gəlib

2024-09-10 12:45:29

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Moskvaya gəlib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə Moskvaya ilk səfərinə gəlib. Bu barədə İranın Moskvadakı səfirliyinin Telegram-kanalında yerləşdirilmiş mesajda deyilir.

“İnqilabın Ali Rəhbərinin nümayəndəsi, ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə çərşənbə axşamı axşam saatlarında nümayəndə heyətinin başçısı kimi Moskvanın “Vnukovo” hava limanına gəlib”, deyə İran diplomatik missiyası bildirib.

Səfirliyin bildirdiyinə görə, Əhmədiyan və Patruşev arasında danışıqların gündəliyinə ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq hadisələr, həmçinin Fələstin məsələsi daxil olacaq.

Əhmədiyan rusiyalı həmkarı ilə görüşməklə yanaşı, Moskvaya ilk rəsmi səfəri zamanı Rusiyanın bir sıra digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Ülviyyə, Hurriyyet.az