📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Ali Milli Təhlükəsizlik Şurasının sədrinin Putinlə gizli görüşündə nədən danışıldı?

2023-04-06 14:13:00

İranın Ali Milli Təhlükəsizlik Şurasının sədrinin Putinlə gizli görüşündə nədən danışıldı?

İranın Ali Milli Təhlükəsizlik Şurasının sədrinin Putinlə gizli görüşündə nədən danışıldığı dünya gündəmində bir çox suallar doğurub. 
"Taadol Newspaper" saytı “Əl-Ərəbi əl-Cədid” nəşrinə istinadla yazır ki, Moskvaya səfər edən Əli Şamxani ilə Putinin görüşü mediada işıqlandırılmayıb; amma bildirilir ki, onlar arasında müzakirə olunan ən əsas mövzulardan biri də ABŞ-ın Tehran və Moskvaya qarşı iqtisadi sanksiyalarının neytrallaşdırılması üsullarına baxılması olub.
Məlumata görə, dolların ticarət əməliyyatlarından kənarlaşdırılması və Rusiya ilə İranın qeyri-dollar valyuta ehtiyatlarının, o cümlədən yuan, dirhəm, rubl, rial və rupinin iki ölkə arasında və eləcə də regionun digər ölkələri ilə ticarət əməliyyatlarında balanslaşdırılması, Şamxani ilə Putin arasında əldə edilən razılaşmalar arasında olub.

Ülviyyə, Hurriyyet.az