İranın “Arman” adlı gəmisi həbs edilib
2023-07-12 13:29:00
Hurriyyet.az xəbər verir ki, “Frans-24” kanalı İran bayrağı altında üzən “MT Arman 114” adlı gəmisinin və onun heyətinin (28 nəfəri Suriya, 3 nəfəri digər ölkələrin vətəndaşlarıdır) İndoneziyada həbs edildiyini bildirib. Gəminin xam neft daşıdığı xəbər verilir.
ABŞ ilə onun müttəfiqləri İranı nüvə proqramı ilə bağlı sanksiyalardan ayaınmaq üçün İran körfəzindəki və digər sulardakı gəmi yollarından istifadə eləməkdə ittiham edirlər.
Hürr Tərcüman