📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Azərbaycana yaxın ərazisində zəlzələ olub

2026-02-04 00:12:04

İranın Azərbaycana yaxın ərazisində zəlzələ olub

İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhərində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Mərənd şəhəri Türkiyə sərhəddindən təxminən 200 kilometr cənubda yerləşdiyi üçün AFAD bu yeraltı təkanlar barədə məlumat verib. Mərənd şəhəri ilə Naxçıvan arasında isə 100-120 km məsafə var.