İranın Azərbaycandakı səfiri-"Şuşa adının İranda Şuşi kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır”
Azərbaycanın İrandakı səfiri Tehranda Şuşanın adının təhrif edilməsinə münasibət bildirib. Səfir münasibətini belə ifadə edib: "Şuşa adının İranda Şuşi kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır”.
İran mediasının bildirdiyinə görə, bu sözləri Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfiri Əli Əlizadə İranın Dövlət Teleradio Şirkəti-“IRIB” xəbər agentliyinə müsahibəsində deyib.
“Şübhəsiz ki, bu cür məsələlərin ərsəyə gəlməsi hər iki ölkənin xalqlarının mənfi təzahürünə səbəb olub. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”, deyə səfir qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Tehranda küçələrə Azərbaycan şəhərlərinin təhrif edilmiş adları qoyulub.
Ülviyyə, Hurriyyet.az