İranın Azərbaycandakı səfirindən "TƏKLİF"- yoxsa tələ: İran Qafqaz regionunda davamlı sülhün bərqərar olmasına kömək etməyə hazırdır
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Birinci vitse-prezidentinin xüsusi köməkçisi Elçin Əmirbəov ilə görüşüb, danışıqlar aparıb.
Görüşdə ikitərəfli münasibətlərdəki son proseslər, Qafqaz regionuna dair məsələlər və İran İslam Respublikasının “prinsipial” mövqeyi ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Bakıdakı səfiri beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi və İranın bölgədəki həyati və uzunmüddətli maraqlarına zidd olan geosiyasi dəyişikliklərin olmaması ilə bağlı ölkəsinin mövqeyini bir daha şərh edib və vurğulayıb, İran tərəfinin Tehranda ikitərəfli, üçtərəfli görüşlər və 3+3 regional təşəbbüs çərçivəsində Qafqazda davamlı sülhə nail olmaq üçün şimal qonşularına kömək etməyə hazır olduğunu bəyan edib.
P.S. Ümumiyyətlə bundan əvvəlki praktikamızda İranın Azərbaycana kömək təklifləri hüsranla nəticələnib və məlum olub ki, İran Azərbaycana kömək təlifi irəli sürən zaman bu təkliflər əslində ölkəmizə hazırlanan tələ olub-1992-ci il mayın 8-də Şuşanın ermənilərin əlinə keçməsinə pərdəarxası yardım kimi. İstər-istəməz adamın ağlına belə bir fikir gəlir ki, görəsən İranın bu dəfəki kömək təklifinin altından hansı tələ yaxud xəyanət çıxacaq...
Ülviyyə, Hurriyyet.az