📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib

2022-09-29 16:44:00

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib

Bu gün bir qrup şəxs İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

Aksiya iştirakçıları İranda baş verən hadisələrlə bağlı etirazlarını bildiriliblər.

İştirakçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli Hökümət" kimi şüarlar səsləndiriblər.

Səfirliyin qarşısında aksiya iştirakçılarının bəyanatı səsləndirilib. Bəyanat səfirliyə təqdim edilib.

Aksiya insidentsiz başa çatıb. (report.az)