📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın baş prokuroru ABŞ-ın “qara siyahı”sına düşüb

2022-12-22 14:00:00

İranın baş prokuroru ABŞ-ın “qara siyahı”sına düşüb

ABŞ hökuməti İrandakı etirazlarla bağlı bir İran şirkətinə və bu ölkənin bir neçə rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Siyahıya İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin də adı salınıb.
Xatırladaq ki, İranda 17 sentyabr tarixindən başlayan etirazlar nəticəsində 18.452 nəfər həbs edilib. Onlardan 3.976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Etirazlarda bu günə qədər 503 nəfər həyatını itirib.

Ülviyyə, Hurriyyet.az