İranın birinci vitse-prezidenti Belarusa səfər edib
2023-10-17 13:38:50
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər bu gün İran və Belarus arasında rəsmi əlaqələrin 30-cu ildönümündə Minskə səfərə gedib. Bu barədə İSNA xəbər verib.
Məlumata görə, Məhəmməd Moxber Belarusun baş nazirinin rəsmi dəvəti ilə bir günlük səfər çərçivəsində bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşüb danışıqlar aparacaq.
İkitərəfli danışıqlarda Tehran və Minsk arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.
Ülviyyə, Hurriyyet.az