📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Çabahar şəhərində valilik, yol polisi və bank binası etirazçılar tərəfindən yandırıldı

2022-09-28 12:27:00

 İranın Çabahar şəhərində valilik, yol polisi və bank binası etirazçılar tərəfindən yandırıldı


İranın Çabahar şəhərində qəzəbli əhali polis komandirinin etnik bəluç qıza təcavüz etməsinə və “Əxlaq” polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsinə etiraz olaraq valilik binasına od vurublar.
Etirazlar sentyabrın 27-də keçirilib. Ümummilli etirazların 12-ci günündə axşam saatlarında Çabaharlılar nümayişlərə başlayıblar. Narazılar daha sonra yol polisinin köşkünü yandırıb, habelə “Ticarət Bank”ın şüşələrini sındırıblar.
Qəzəbli kütlə valilik binasının önünə toplaşaraq öncə binanı daşa tutub, sonra yandırıb. Polis və xüsusi təyinatlı qüvvələr birbaşa insanlara atəş açaraq bir neçə nəfəri öldürüb və yaralayıb. Yaralıların və ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.

Ülviyyə, Hurriyyet.az