📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın cənubunda partlayış səsləri eşidilib

2026-10-17 22:52:09

İranın cənubunda partlayış səsləri eşidilib

İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik şəhəri yaxınlığında partlayış səsləri eşidilib.

Modern.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayışların səbəbi, mümkün ziyan və ya tələfat barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, Sirik şəhəri Oman körfəzi sahilində, Hörmüz boğazının şərqində yerləşir.