İranın cənubunda zəlzələ nəticəsində 400 ev dağılıb
2021-10-09 16:06:00
Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.
Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib.
Ə.Nozərinin sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.