İranın daha bir önəmli şəxsi öldürüldü - İDDİA
2026-03-26 13:41:02
İsrail mətbuatının yaydığı məlumatlara görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rıza Təngsiri hava hücumu nəticəsində həyatını itirib.
Məlumata görə, ABŞ və İsrailin son hücumları zamanı SEPAH sözçüsü, briqada generalı Əli Məhəmməd Naini də həlak olub.
Eyni zamanda, həftənin əvvəlində həyata keçirilən hücumlarda bir sıra yüksək vəzifəli şəxslərin də hədəf alındığı bildirilir.
Qeyd edək ki, hələlik bu barədə İran tərəfi rəsmi açıqlama verməyib.