📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın daha bir yük maşını Ermənistanda aşdı

2022-11-13 00:09:00

İranın daha bir yük maşını Ermənistanda aşdı

İrana məxsus “Foton” yük maşını Gorus-Qafan yolunda aşıb.

Bu barədə Ermənistan FHN məlumat yayıb.

Bildirilib ki, qəza Tex kəndi yaxınlığında (Qafandan 88 km məsafədə) baş verib. Sükan arxasında 1982-ci il təvəllüdlü İran vətəndaşı olub.

Qeyd edək ki, Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçdikdən sonra Azərbaycan ərazisindən keçməmək üçün daha ensiz və sərt döngələr olan, Qafana qədər məsafəni bir neçə dəfə artıran yoldan istifadə edən İran yük maşınları vaxtaşırı olaraq qəzaya uğrayırlar. \\Axar