📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranın dəstək verdiyi Husilər dünyanı təhdid edir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-03-06 10:55:08

"Dünən "facebook" sosial şəbəkəsinin çökməsi məhz Husilərin Qırmızı dənizdən keçən dörd beynəlxalq kabel xəttini kəsməsinin nəticəsi idi"

"Yəməndə Husilərə qarşı hərbi əməliyyatlar legitimdir və İranın dəstək verdiyi bu terror təşkilatı dünyanı təhdid edir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun sözlərinə görə, dünən "facebook" sosial şəbəkəsinin çökməsi məhz Husilərin Qırmızı dənizdən keçən dörd beynəlxalq kabel xəttini kəsməsinin nəticəsi idi: "Bir ay bundan əvvəl Husilər Qırmızı dənizdə beynəlxalq optik xətlərini kəsəcəkləri barədə ultimatum vermişdi. Göründüyü kimi, belə bir terror təşkilatlarının bir dövləti idarə etməsi beynəlxalq təhlükəsizliyi təhdid edir".

Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, Husilərə qarşı geniş miqyaslı hərbi əməliyyatlar keçirilmədiyinə görə onlar Yəməndə və sahil sularda öz mövqelərini gücləndirir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az