İranın dəstəklədiyi qüvvələr BƏƏ-yə ballistik raketlər atdılar
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Yəməndə fəaliyyət göstərən husilərin ölkəyə qarşı ballistik raket hücumlarının Hava Hücumundan Müdafiə sistemləri tərəfindən dəf edildiyini bildirib.
Nazirliyin açıqlamasında Yəməndə hücumun həyata keçirildiyi bölgələrin BƏƏ Hava Qüvvələri və Ərəb Koalisiyası tərəfindən vurulduğu bildirilir.
İsrail Prezidenti İsaak Hersoqun BƏƏ-yə səfəri əsnasında həyata keçirilən hücum nəticəsində insan itkisi və maddi zərər olmayıb.
BƏƏ Müdafiə Nazirliyi HHM sistemləri tərəfindən dəf edilən ballistik raketlərin qəlpələrinin şəhərdən uzaq əraziyə düşdüyünü bildirib.
Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyi husilərin BƏƏ-yə hücumunun ardından Ərəb Koalisiyası qüvvələrinin Yəmənin Cevf rayonundakı ballistik raket qurğularını məhv elədiyini bəyan edib.
Yəməndə İranın dəstəklədiyi husilərin təmsilçisi Yəhya Seri “Tvitter” hesabındakı açıqlamasında BƏƏ-nin daxilində irimiqyaslı hərbi əməliyyat həyata keçirəcəklərini bildirmişdi.
Hürr Tərcüman