📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İranın ərazi bütövlüyünə qarşı təxribat bizim qırmızı xəttimizdir”- İranın Azərbaycandakı səfiri yenidən İsrail diplomatını hədələdi

2022-08-17 12:29:00

“İranın ərazi bütövlüyünə qarşı təxribat bizim qırmızı xəttimizdir”- İranın Azərbaycandakı səfiri yenidən İsrail diplomatını hədələdi

“İranın ərazi bütövlüyünə qarşı təxribat bizim qırmızı xəttimizdir”- İran səfiri yenidən İsrail diplomatını hədələyıb. Bu barədə İranın “Akharin Khabar” saytı yazır:
“İranın Azərbaycandakı səfiri “sionist rejimin” Bakıdakı səfirinin iddialarına cavab olaraq xəbərdarlıq edib ki, İranın ərazi bütövlüyünə qarşı təxribat bizim qırmızı xəttimizdir, hansı ki, bunun acı nəticələrini siz yaxşı bilirsiniz”. 


İran səfiri Seyid Abbas Musəvi İsrailin Bakıdakı səfirinin son açıqlamalarına cavab olaraq tvitində yazıb: “Dindən çıxmaq və Allahın peyğəmbərlərini təhqir etməyin şəriət hökmü var ki, onu sənin beynin dərk etməkdən acizdir. Amma İranın ərazi bütövlüyünə qarşı təxribatın qırmızı xəttidir ki, bunun acı nəticələrindən təkcə sən (avantürist oğlançığaz) deyil, həm də səni idarə edənlər də yaxşı xəbərdardır”.

Ülviyyə, Hurriyyet.az