İranın erməni kökənli deputatı: “Ermənistan və Azərbaycanın sərhədlərin dəyişdirilməsinə dair “gizli razılaşmaları” ilə bağlı narahatlıqlar var”
İranın şimalında və Tehranda yaşayan ermənilərin parlamentdəki nümayəndəsi Ara Şaverdyan “Gənc Jurnalistlər Klubuna” verdiyi müsahibədə Ermənistan-Azərbaycan münaqişənin gedişatı ilə bağlı cəfəng fikir səsləndirərək bildirib ki, “Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin “gizli razılaşmalar əldə etməsini nəzərə alaraq, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsi ilə bağlı narahatlıqlar var”.
Erməni deputat iddia edib ki, 44 günlük müharibədən sonra 20 noyabr 2020-ci ildə əldə olunan razılaşmaya görə, bu razılaşma həmin bəndlərdən kənardır. İranın xarici siyasət idarəsi daha ayıq-sayıq olmalıdır, çünki bu iki ölkənin liderlərinin həyata keçirdiyi bu siyasətlə, Zəngəzur dəhlizinin açılması ehtimalı hiss olunur.
"Baxmayaraq ki, Ermənistan rəsmiləri davamlı olaraq Zəngəzur dəhlizinə qarşı olduqlarını deyirlər, amma sübutlar göstərir ki, addım-addım bu dəhlizin açılmasına yaxınlaşırıq ki, bu da İran İslam Respublikasının ziyanınadır. Çünki bu, bizim Cənubi Qafqazda mövcudluğumuzu məhdudlaşdırır və Cənub-Şimal dəhlizinə zərər vurur və bu amillər İranın başının üstündən keçərək Şərqi Asiyadan Qərbi Avropaya qədər uzanan İpək Yolu Dəhlizinə töhfə verir...” , deyə, Şaverdyan əlavə edib.
Ülviyyə, Hurriyyet.az