İranın ermənipərəst eksperti Zəngəzuru “saxta dəhliz” adlandırdı
2023-06-03 11:50:00
İranın ermənipərəst eksperti Zəngəzuru “saxta dəhliz” adlandırdı. Belə ki, molla hökumətinə bağlı bədnam siyasi şərhçi Ehsan Movəhhediyan “Tvitter”də yenidən Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı” adlandıraraq yazıb:
“Ərdoğan hələ andiçmə mərasimindən əvvəl dəhliz fitnəçiliyinə yenidən başlayıb. “Bakının” Türkiyədəki səfiri TRT-yə müsahibəsində deyib ki, “saxta” Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Bakı arasındakı məsafəni 38 kilometrə qədər azaldıb, Ermənistanın da inkişafına gətirib çıxaracaq! Bu isə Türkiyənin Asiya ilə ticarət əlaqələrinin inkişafı üçün vacibdir. İran çox gec olmadan buna mane olmalıdır!”.
Ülviyyə, Huriyyet.az