İranın iğtişaşlarda ABŞ və İsrailin iştirakına dair dəlilləri var
Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranda iğtişaşçıların terror aktlarında ABŞ və İsrailin iştirakına dair dəlillər var. O, Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə qeyd edib ki, "Son günlərdə İranda baş verən terror fəaliyyətlərində həm ABŞ, həm də İsrailin iştirakını sübut edən çoxlu sayda sənəd var".
İranın baş diplomatı əlavə edib ki, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo "həmçinin (İsrailin kəşfiyyat agentliyi) Mossad agentlərinin iğtişaşçılarla birlikdə terror hərəkatına rəhbərlik etdiyini etiraf edib". Əraqçi qeyd edib ki, "Biz məsələni araşdıracağıq, lakin ifadələri itkilərin artmasına səbəb olanlar bu hadisələrə görə məsuliyyət daşıyırlar".
"Qərb ölkələri terrorçular əvəzinə polisimizi qınayıb. Qəzza zolağında 70 mindən çox insanın soyqırımını və ABŞ və İsrailin əli ilə 1000-dən çox İran vətəndaşının ölümünü qınamayan məhz onlardır. Bu gün onlar İrandakı terrorçuları dəstəkləyirlər", o vurğulayıb.
Hurriyyet.az