İranın İrəvandakı səfirindən İDDİA: “İsrailin Qafqazdakı fəallığı başqa bölgələrdəki uğursuzluğunu kompensasiya etmək məqsədi güdür”
İranın Ermənistandakı yeni səfiri Mehdi Subhani “Tasnim News”a müsahibəsində öz təbrincə desək,“sionist rejimin” Qafqazda mövcudluğuna toxunaraq bildirib ki, İsrail rejiminin "Qafqazdakı fəallığı başqa bölgələrdəki uğursuzluğunu kompensasiya etmək məqsədi güdür. Bu rejim başqa bölgələrdəki uğursuzluqlarını kompensasiya etmək üçün Qafqazda fəallıq göstərərək tarazlığı saxlamağa çalışır və məqsədləri xeyirli olmadığı üçün mütləq uğur qazana bilməyəcək”.
Güney Azərbaycanın Zəncan əyalətinə səfəri zamanı İran diplomatı “İslam Respublikası hər zaman bölgədə və habelə Azərbaycanla Ermənistan arasında sülhə can atır, lakin bəzi ölkələr gərginliyi artırmağa çalışır” sualına cavabında iddia edib:
“İran regionda davamlı təhlükəsizlik axtarır və bu, bizim siyasətimizdir".
Səfirin sözlərinə görə, İran hesab edir ki, regional məsələlər region daxilində həll olunmalıdır, xarici və regiondankənar ölkələrin müdaxiləsi isə məsələləri çətinləşdirir və mürəkkəbləşdirir.
Ülviyyə, Hurriyyet.az