📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın İsrailə hücum ehtimalına ABŞ-dan reaksiya

2024-11-02 09:01:22

İranın İsrailə hücum ehtimalına ABŞ-dan reaksiya

Amerika administrasiyası noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilər öncəsi İranın İraqdan İsrailə zərbə endirməsi ehtimalı ilə bağlı məlumatları şərh etməkdən imtina edib.

Hurriyyet.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ölkəsinin İsraili dəstəkləməyə davam edəcəyini bildirib.

"Mən burada spekulyasiya etməyəcəyəm və kəşfiyyat təxminlərini müzakirə etməyəcəyəm. Bununla belə, biz açıq şəkildə bildirdik ki, İran İsrailə cavab verməməlidir”, – o deyə vurğulayıb.

Eyni zamanda o, lazım gələrsə, ABŞ-ın İsrailə yardım edəcəyini təsdiqləyib.

Qeyd edək ki, daha öncə "Axios" nəşri İsrail kəşfiyyatındakı mənbələrə istinadən İranın bir neçə gün ərzində İraq ərazisindən İsrailə ciddi hücum etməyə hazırlaşdığı xəbərini yayıb./axar.az/