İranın keçmiş prezidentinə qarşı cinayət işi qaldırılıb
2023-08-15 14:36:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın eks-prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.
Bu barədə məlumatı İranın Məhkəmə və Ədliyyə Sisteminin təmsilçisi Məsud Satayşi verib.
Həsən Ruhani valyuta bazarında qanun pozuntuları etməkdə və fond bazarına müdaxilədə ittiham edilir.
Hürr Tərcüman