📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın keçmiş rəhbərinin qızı HƏMAS-a dəstəyinə görə Xameneyini təbrik edib

2023-10-12 15:00:01

İranın keçmiş rəhbərinin qızı HƏMAS-a dəstəyinə görə Xameneyini təbrik edib

İranın keçmiş dini rəhbəri Xomeyninin qızı Zəhra Mustəfəvi ölkənin hazırki rəhbəri Əli Xameneyiyə təşəkkür edərəkb ona məktub ünvanlayıb. Bu barədə “Baharestan Online” bildirir. Məktubda yazılıb:

“Fələstin müqavimət döyüşçülərinin unikal əməliyyatı (Əl-Əqsa qasırğası) Fərəc qapılarının İslam ümmətinin üzünə açılmasının açarıdır. Xomeyninin məzlum fələstinlilərə dəstək xəttini cəsarətlə davam etdirdiyiniz bu qürurlu əməliyyat münasibətilə sizi təbrik edirəm və İnşallah onu tamamlayacaqsınız”, - deyə, o, məktubunda qeyd edib.

Ülviyyə, Hurriyyet.az