İranın kəşfiyyat naziri müxalif kürd partiyalarını təhdid etdi
2021-09-25 17:00:00
Sentyabrın 24-də İranda yerləşən Qərbi Azərbaycan əyalətinə səfər edən Kəşfiyyat-ETTELAAT-naziri İsmayıl Xətib mediaya açıqlamasında İraqın Muxtar Kürd Bölgəsində fəaliyyət göstərən İranlı müxalif kürd partiyalarını təhdid edib.
"Əgər İraq Kürdüstanında fəaliyyət göstərən müxalif kürd partiya və qruplaşmaları İslam Respublikasının təhlükəsizliyinə xələl gətirsələr İran qüvvələri onlara çox möhkəm və kəskin cavab verəcək. Bizim İraq hökuməti ilə əldə etdiyimiz razılığa əsasən, həmin kürd dəstələri tərksilah edilməlidir", deyə ETTELAAT naziri İsmayıl Xətib bildirib.
Ülviyyə, Hurriyyet.az