İranın Milli Təhlükəsizlik Şurasının sədri cümə günü Azərbaycana gəlir, amma ilk səfərini Ermənistana etdikdən sonra...
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi azərbaycanlı həmkarının dəvəti ilə cümə günü Azərbaycana səfər edəcək. Bu barədə xəbəri “ana.press” saytı verib.
Saytın xəbərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Cənubi Qafqaz bölgəsinə planlaşdırılan səfəri çərçivəsində azərbaycanlı həmkarı Ramil Usubovun rəsmi dəvəti ilə iyulun 15-də Azərbaycana yollanacaq. Səfər zamanı Şamxani azərbaycanlı həmkarı ilə yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək ikitərəfli məsələləri, son bölgəsəl və beynəlxalq prosesləri müzakirə edəcək. Xatırladaq ki, admiral Əli Şamxani də İran rəsmilərinin həmişəki siyasi oyunbazlıqlarına uyğun olaraq, iyulun 7-də üzdə dost və qardaş adlandırdıqları Azərbaycana yox, məhz işğalçı Ermənistana səfər edib, sonra Bakıya getməyi “məqsədəuyğun” sayıb.
Ülviyyə, Hurriyyet.az