📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Müdafiə naziri Azərbaycan-Ermənistan savaşı ilə bağlı proqnoz verdi – “Sərhədlərin dəyişdirilməsini istəmirik”

2023-09-13 13:03:16

İranın Müdafiə naziri Azərbaycan-Ermənistan savaşı ilə bağlı proqnoz verdi – “Sərhədlərin dəyişdirilməsini istəmirik”

Hurriyyet.az xəbər verir ki, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Məhəmmədrza Aşriani İranın yaxın zamanda Azərbaycanla Ermənistan arasında müharibə olacağını hesab etmədiyini söyləyib. Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Aştiani deyib: “Qafqazda müharibə olmayacağına inanırıq və İranın bu məsələ ilə bağlı mövqeyini dəqiq ifadə eləmişik. Dövlətlərarası sərhədlərin dəyişdirilməsi bizim üçün qəbuledilməzdir və inanırıq ki, yaxın gələcəkdə regionda ciddi dəyişikliklər olmayacaq”.

Hürr Tərcüman