📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın müdafiə naziri Rusiyaya səfərə getdi

2023-04-24 23:39:00

İranın müdafiə naziri Rusiyaya səfərə getdi

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri general-mayor Məhəmmədrza Gərayi Aştianinin Rusiyaya səfəri başlayıb.

Bu barədə IRNA məlumat verib.

G.Aştiani Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri arasında keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfər edib.

Qeyd edək ki, sabah Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri arasında görüş keçiriləcək.\\Qaynarinfo.az