İranın müxalif sünni din xadimi: Xameneyi "dövrün Yezidi"dir
2023-09-30 11:00:12
İranın müxalif sünni din xadimi Xameneyini "dövrün Yezidi" adlandırıb. Belə ki, Zahidan şəhərində törədilən “#Qanlı_Cümə” günü qətlimanın birinci ildönümü ərəfəsində təhlükəsizlik tədbirlərinin güclənləndirilməsi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, son günlərdə bir neçə etiraz və tətil çağırışları dərc edilib.
Rask şəhərinin keçmiş cümə imamı və İran hökumətinə müxalif simalardan olan Mövləvi Əbdülğəffar Nəqşibəndi də vətəndaşları etirazlara qoşulmağa çağırıb.
O, İranın rəhbəri Əli Xameneyini "zəmanənin #Yezidi" adlandıraraq, insanları məzlumların fəryadı olmağa çağırıb.
Ülviyyə, Hurriyyet.az