İranın ölkəmizdəki səfiri Rza Pəhləviyə atmacalı paylaşım etdi: “Səhv ağaca hürürsən, RP!”
2023-04-19 12:37:00
Məlum olduğu kimi, İranın şah dönəmində hakimiyyətdə olmuş Məhəmməd Rza şah Pəhləvinin oğlu Rza Pəhləvi İsrailə səfər edib.
Buna cavab olaraq, İranın Azərbaycandakı səfiri Abbas Musəvi özünün Tvitter hesabında bu səfərə münasibətini göstərən paylaşım edib. Paylaşımda İran səfiri, İran şahzadəsi Rza Pəhləvinin Qüdsdə (İsrail) yəhudilərin Qərb divarını ziyarət etməsindən foto paylaşaraq yazıb: “Səhv ağaca hürürsən, RP!”.
Ülviyyə, Hurriyyet.az