📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Parisdəki konsulluğuna hücum edildi – Təcili

2024-04-19 16:55:06

İranın Parisdəki konsulluğuna hücum edildi – Təcili

Naməlum şəxs İranın Parisdəki konsulluğuna soxulub və binanı partlatmaqla hədələyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Məlumata görə, polis binanın ətrafını mühasirəyə alıb. Şəxsin üzərinə partlayıcı kəməri bağladığı bildirilir.

“Səfir binadadır”, - radiostansiyanın yaydığı məlumatda qeyd olunub.