📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Qafan konsulu çatar-çatmaz: Ermənistanın təhlükəsiziyi – İranın təhlükəsizliyidir, sərhəddəki istənilən dəyişikliyə qarşıyıq”

2022-10-21 19:03:00

İranın Qafan konsulu çatar-çatmaz: Ermənistanın təhlükəsiziyi – İranın təhlükəsizliyidir, sərhəddəki istənilən dəyişikliyə qarşıyıq”

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, İranın Qafandakı bu gün açılmış Baş Konsulluğu vəzifəsinə təyin edilmiş konsul Morteza Abedin Varamini konsulluğun açılışında iştirak edərkən jurnalistlərin Zəngəzurla bağlı sualının cavabında İranın rəsmən heç bir sərhəd dəyişikliyini tanımadığını bildirir.

Konsul deyib: “İranın yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, ölkələrin ərazi bütövlüyünə və beynəxalq səviyyədə tanınmış sərhədlərə hörmət eləmək lazımdır. Ermənistanın təhlükəsiziyi – İranın təhlükəsizliyidir. Biz də çox aydın və dqiq şəkildə deyirik ki, sərhədlərdə heç bir dəyişikliyi rəsmən tanımırıq”.

Hürr Tərcüman