📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Qafandakı konsulundan İLK AÇIQLAMA

2022-10-26 14:56:00

İranın Qafandakı konsulundan İLK AÇIQLAMA

“Yaxın iki-üç həftə ərzində mən rəsmən fəaliyyətə başlayacağam və prioritetlərimdən biri yük maşınlarının rahat hərəkəti, sərhəddə və gömrükdə dayanma vaxtının qısaldılması olacaq”.

Hurriyyet.az
Bizim.Media-ya istinadən xəbər verir ki, bunu İranın Qafan şəhərindəki baş konsulu Abedin Vəramin deyib.

O, dünən Şərqi Azərbaycan əyalətinin başçısı ilə görüşdə Ermənistanda mövcud potensial və imkanlara işarə edərək bildirib:

“Baş konsulluğun imkanlarından istifadə etməkdə Şərqi Azərbaycan əyaləti prioritet sayılır. Yaxın bir ay ərzində konsulluğun fəaliyyəti ilə bağlı bölgədəki vilayətlərin başçılarına məlumat verəcəyəm”.

Vəramin habelə iqtisadiyyatı dirçəltmək və mübadilələri artırmaq üçün Şərqi Azərbaycandan olan istehsalçıların iştirakı ilə Qafanda sərgi təşkil etməyi təklif edib.