📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranın qaz kəmərindəki partlayışlar təxribatdır"

2024-02-14 12:45:58

Hurriyyet.az xəbər verir ki, İranın neft naziri Cavad Oruci jurnalistlərə açıqlamasında İranın Çaharmahal və Bəxtiyariyyə vilayətindəki qaz kəmərində baş vermiş partlayışın təxribat olduğunu bildirib. İranın SNN kanalının məlumatına görə, nazir deyib: "Bu diversiya bu gün gecə saat bir radələrində, əsas qaz kəmərinin iki-üç hissəsində törədilib. Hadisənin nəticələrinin aradan qaldırılması üçün elə ilk saatlardan tədbirlər görülüb. Zərərçəkən yoxdur".
Bundan əvvəl "Mehr" agentliyi Borucen şəhərindəki əsas qaz xəttində partlayış və ardından yanğın olduğunu xəbər vermişdi. Nəticədə İsfahan, Qum və paytaxt Tehran kimi iri şəhərlərə qaz verilişi dayandırılmışdı.
Hürr Tərcüman