📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var

2026-03-27 12:48:48

İranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var

İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.

Modern.az "Tasmin" agentliyinə istinadən xəbərinə görə, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat verir.

O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələlik məlum deyil.

Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.