📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb" - Heqset

2026-03-10 18:07:24

Müharibə başlayandan İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.

“Bizim zərbələrimiz İran tərəfindən həyata keçirilən raket və dron hücumlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Ballistik raket hücumlarının sayı azalmağa davam edir – əməliyyatın başlanğıcından bəri bu 90%, dron hücumlarının sayı isə əməliyyatın başlanğıcından bəri 83% azalıb”, - nazir vurğulayıb.