İranın repressiyalarla bağlı məxfi sənədləri üzə çıxıb – Yüz milyonlar xərclənib...
2023-06-21 17:44:00
“Qadın, Həyat, Azadlıq” şüarı altında ümumxalq etirazlarının getdiyi bir vaxtda İran Prezidenti İbrahim Rəisi küçə etirazlarını yatırmaq üçün dövlət büdcəsindən 10 trilyon tümən (405 milyon 222 min 872 manat ) vəsait ayırmağa razılıq verib.
Hurriyyet.az xəbər verir ki, bu məlumat “Devrilənə qədər qiyam” adlı haker qrupunun ələ keçirərək dərc etdiyi gizli sənədlərdə yer alıb.
Haker qrupu həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargahı və SEPAH-a bağlı “Sarallah” hərbi birləşməsinin Tehrandakı qərargahının İbrahim Rəisinin ofisi ilə məxfi yazışmalarını da əldə edərək dərc edib.
AzPolitika.info