📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın rəsmi Bakıya qarşı məkrinin iqtisadi səbəbi-Zəngəzur dəhlizinə qarşı Çabahar limanı planı

2023-04-13 12:51:00

İranın rəsmi Bakıya qarşı məkrinin iqtisadi səbəbi-Zəngəzur dəhlizinə qarşı Çabahar limanı planı

İranın ölkəmizə qarşı aqressiyası Ermənistanın ordumuza qarşı təxribatında öz əksini tapır. Necə son iki gündə İran istehsalı olan dronların Laçın rayonunda silahlı qüvvələrimizə hücum etdiyinin şahidi olduq. Doğrudur, aysberqin üst hissəsində hücum erməni hücumu kimi görünür, amma aysberqin altında İranın olduğu bəllidir.

Bunu İranlı jurnalistlər, keçmiş və indiki İran rəsmiləri hər addımda bəlli edirlər. Məlumdur ki, dünya kimi bölgəmiz də yenidən dizayn edilir, həm logistik, həm logistikanın yaratdığı iqtisadi anlamda. İranın aqressiyasının qarşısında hansı maraqlarının təmin olunmaması Azərbaycan əleyhinə davamlı zəhərli yazıları ilə tanınan İran" qəzetinin müxbiri və Qafqaz üzrə tədqiqatçı Məhəmməd Mütləqin  “90eghtesadi" saytında müsahibəsində öz əksini tapıb. Yazıda iranlı jurnalist, “Saxta Zəngəzur dəhlizi İranın Çabahar limanındakı marşrutunu yararsız edir" kimi əsassız iddianı ortaya qoyaraq İran tərəfinin məkrini biruzə verib.
Belə ki, Azərbaycan əleyhinə davamlı yazıları ilə tanınan “İran” qəzetinin müxbiri və Qafqaz üzrə tədqiqatçı Məhəmməd Mütləq “90eghtesadi” saytına müsahibəsində Zəngəzur dəhlizini “saxta” adlandıraraq cəfəng iddia səsləndirib:
“Ermənistanın cənubunda “saxta” Zəngəzur dəhlizi yaradılarsa, beynəlxalq dəhlizlərdə və Çabahar limanında İran marşrutunun rolu faydasız olacaq”.
“Qafqaz böhranının pərdə arxasında Xəzər dənizinin neft-qaz ehtiyatlarını talan etməyə çalışan BP (British Petroleum) şirkəti durur. Qarabağ müharibəsinin iqtisadi kökləri var və Britaniya hökuməti Qafqaz regionunun qızıl mədənlərinə göz tikib. Niyə biz yanlış siyasətlə İranın Şimal-Cənub dəhlizindəki bütün ticarətini Əliyevlər ailəsinin nəzarəti altına vermişik?”, deyə o, anti-Azərbaycan ritorikasını davam etdirib. Hikkəsindən yerə-göyə sığmayan İranın ruporu "iranlı jurnalist" yaxşı olar ki, molla hökumətinin öz əhalisinin sosial problemlərinin həllinə göz yummasını, insanların boğazından kəsməsini və ölkənin təbii sərvətlərini talayaraq neft-qazdan əldə olunan vəsaitin Hizbullah və s. terrorçu qruplara qan tökmək üçün axıtmağını araşdırsın.

Ülviyyə, Hurriyyet.az