📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Rusiyadakı səfiri Dağıstanda İmam Xomeyni adına məscidi ziyarət edib

2022-06-22 21:17:00

İranın Rusiyadakı səfiri Dağıstanda İmam Xomeyni adına məscidi ziyarət edib

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali Dağıstana gedib. Bu barədə məlumatı Dağıstan rəhbərliyinin mətbuat xidməti yayıb. İran nümayəndə heyəti respublikada 3 gün qalacaq.

Cəlali Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, respublikanın müftisi şeyx Əhməd Hacı Əfəndi, regionun ticarət-sənaye palatasının rəhbərliyi və Dağıstan Dövlət Universitetinin təmsilçiləri ilə görüşəcək.

Səfər çərivəsində səfir Mahaçqaladakı İmam Xomeyni adına məscidi ziyarət edib. İran nümayəndə heyəti Dərbənd şəhərinə də səfər eləməyi planlaşdırır.

 

Hürr Tərcüman