📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Rusiyaya verdiyi dronlar Ukraynanın elektrik stansiyalarının 40%-ni məhv edib

2022-11-07 13:52:00

İranın Rusiyaya verdiyi dronlar Ukraynanın elektrik stansiyalarının 40%-ni məhv edib

Qərb mənbələrinin məlumatına görə, Rusiya İranın dron və raketlərindən istifadə etməklə Ukraynanın elektrik stansiyalarının 40%-ni məhv edib və hazırda Kiyevə gün ərzində yalnız 12 saat elektrik enerjisi verilir.
Ukrayna hakimiyyəti mövcud vəziyyətin davam edəcəyi təqdirdə Kiyevin boşaldılacağını bildirib.
Təhlilçilər deyirlər ki, İran silahları keyfiyyətsiz və qeyri-dəqiq olduğuna görə hərbi hədəflər üçün uyğun deyil və bu səbəbdən mülki infrastrukturun məhv edilməsi üçün istifadə olunur. Qərb dövlətləri Ukrayna savaşında Rusiyanın yanında yer aldığı üçün İran rejiminə qarşı necə davranacaqlarını planlaşdırırlar.

Ülviyyə, Hurriyyet.az