📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Rusiyaya verəcəyi yeni silahların siyahısı açıqlanıb

2023-06-30 19:22:00

İranın Rusiyaya verəcəyi yeni silahların siyahısı açıqlanıb

Rusiyanın Ukraynaya  hücum əməliyyatı zamanı İran Moskvaya siyasi dəstəklə yanaşı, silah da  verib və bu proses davam etməkdədir.
Bunu hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, əgər İran indiyədək Rusiyaya dronlar verirdisə, bundan sonra daha yeni silahlar verəcək. O, İranın Rusiyaya verdiyi silahların siyahısını açıqlayıb. Bunlar aşağıdakılardır:

“Mohajer-6”, “Shahed-131”, “Shahed-136” PUA-ları;
“Ghaem-5”-hava bombaları;
“NIJ II” -dəbilqələri;
“Rouin-3”- gülləkeçirməz jiletlərdir; 
“Dehlaviya”-  tank əleyhinə idarəolunan raketlər. 
Bundan əlavə D-20 üçün qaubtisa üçün 152 mm-lik mərmi və D-30 üçün 122 mm-lik mərmilərin çatdırılması nəzərdə tutulur.