📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın sabiq monarxı Fərəh Pəhləvidən siyasi mesaj...

2022-02-10 11:26:00

İranın sabiq monarxı Fərəh Pəhləvidən siyasi mesaj...

İranın keçmiş monarxı Fərəh Pəhləvi 1957-ci il inqilabını "22 Bəhmən üsyanı" adlandırıb və mesajına belə davam edib:

"Əziz vətən İran, şanlı adı tarixin bütün səhifələrindən səslənən bir diyar, qaranlıq və uğursuz günlər yaşayır. Qəlbində bu qədim torpağa məhəbbət bəsləyən, əsrlər boyu İranın sabitlik və izzətinin sirrinə bələd olan bütün iranlılar birlikdə qürur, xoşbəxtlik və əmin-amanlığa nail olmaq istəyirlər. Zülmət və çətinliklər üzərində qələbəyə gedən yolda əzmli və həmrəy olun. Mən əminəm ki, qışın soyuq və qaranlıq günləri arxada qalıb, xoş bir bahar gəlir və işığın qaranlığa qalib gələcəyinə inanıram". 
Fərəh Pəhləvi mesajını belə bitirib: “Mən əminəm ki, İran yenidən küllərindən doğulacaq”.
Ülviyyə, Hurriyyet.az