📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın səhiyyə naziri gülünc iddiaya imza atdı...

2023-04-14 17:33:00

İranın səhiyyə naziri gülünc iddiaya imza atdı...

Tehran rəsmilərinin növbəti yalanı üzə çıxıb. Belə ki, İranın səhiyyə naziri Aynollahi ölkədəki məktəb və universitetlərə kimyəvi hücumlar barədə xəbərləri təkzib edib.

O reallığı təhrif edərək, iddia edib ki, tələbələrin kütləvi şəkildə xəstələnməsinin səbəbinin “stress”dir. O zəngin təxəyyülündən irəli gələn iddiasını belə əsaslandırıb: “Zəhərlənmə ilə bağlı ciddi dəlil yoxdur. Şagirdlərin səhhətinin pisləşməsi hallarının 90%-dən çoxunda zəhərlənmənin heç bir növü müşahidə olunmur və zəhərin izləri yoxdur. Əsasən stress görürük. Kiçik bir faiz də zarafatla əlaqələndirilir”.

Ülviyyə, Hurriyyet.az