📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Sənəndəc şəhər əhalisi hökumət qüvvələrinə qarşı igidliklə döyüşür: xüsusi təyinatlılar qaçır

2022-10-12 13:14:00

İranın Sənəndəc şəhər əhalisi hökumət qüvvələrinə qarşı igidliklə döyüşür: xüsusi təyinatlılar qaçır

Sənəndəc gəncləri və əhalisi xüsusi təyinatlı qüvvələrlə cəsarətlə döyüşə gedir: Şəhərin hər yerindən atəş səsləri eşidilir. Etirazçılar aksiyalarını davam etdirir və küçələrə çıxaraq xüsusi təyinatlılara qarşı çıxırlar. 
Onlar cəsarətlə küçələri bağlayır və xüsusi təyinatlılarla toqquşmağa hazırdırlar. Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qaz və birbaşa atəş açaraq xalqa hücum etsə də, etirazçılar onlardan qorxmayaraq, küçələrdə döyüşü davam etdirir. 
Xüsusi təyinatlıların əməkdaşları hər dəfə Sənəndəclərin hücumu ilə hadisə yerindən qaçmağa məcbur olurlar. Hazırda bu toqquşmalarda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Ülviyyə, Hurriyyet.az