📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi illər sonra yenidən açıldı

2023-05-01 15:12:00

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi illər sonra yenidən açıldı

Hurriyyet.az xəbər verir ki, İran Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyətini bərpa edib. Bu barədə xəbəri “Əl Cəzirə” kanalı yayıb.

Kanalın açıqlamasında deyilir: “İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanındakı səfirliyinin açıldığı xəbərini təsdiqləyib”. Xəbərdə Tehranın hələlik Ər-Riyadda müvəqqəti işlər vəkili səviyyəsində təmsil edildiyi qeyd edilir. İran hələlik Səudiyyə Ərəbistanındakı səfirini təyin eləməyib.

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin isə 9 may tarixinə qədər işini bərpa edəcəyi gözlənilir.

Hürr Tərcüman