📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranın təhdidləri qarşısında ittifaqlar yaradılır" - İsrailin müdafiə naziri

2022-10-27 17:28:00

"İran tərəfindən yaradılan təhdidlər qarşısında ittifaqlar inşa edilir”. 

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransı zamanı deyib. 

O, həmçinin qeyd edib ki, Türkiyənin qlobal sabitliyin təmin olunmasında mühüm rolu var:

"İrəli getmək üçün münasibətlərimizdə açıq dialoqu davam etdirərək ardıcıl, müsbət yanaşmanı mənimsəməliyik. Müzakirələrimizdə razılaşdırıldığı kimi, komandama işimizi artırmaq üçün lazımi prosedurlara başlamağı tapşırdım”. 

Bizim.Media