📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Təhlükəsizlik Şurasının katibi Rusiyada Zəngəzur dəhlizini müzakirə edəcək

2024-09-10 12:03:38

İranın Təhlükəsizlik Şurasının katibi Rusiyada Zəngəzur dəhlizini müzakirə edəcək

Hurriyyet.az xəbər verir ki, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS üzvü olan ölkələrin təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmi şəxslərinin görüşündə iştirak etmək üçün Rusiyaya səfər edib.
İRNA agenliyinin məlumatına görə, bu sammit çərçivəsində BRİKS üzvəri ilə yanaşı, digər ölkələrin - o cümlədən, İndoneziya, Türkiyə, Qazaxıstan, Serbiya, Tailand, Belarus, Vyetnam, Venesuela, Özbəkistan, Nikaraqua, Kuba, Azərbaycan, Bəhreyn, Banqladeş, Şri-Lanka, Mavritaniya və Laosun da güc strukturlarının rəhbər şəxsləri iştirak edəcəklər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiya rəsmiləri ilə birlikdə ən mühüm regional və beynəlxalq hadisələri, siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələri, eləcə də İranın dəhlizlər və enerji məsələləri ilə bağlı mövqeyi barəsində fikir mübadiləsi aparacaq.
Hürr Tərcüman