📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın "Türkiyə yağış buludlarımızı aparır" iddiasına cavab

2024-01-25 15:02:55

İranın

Hurriyyet.az xəbər verir ki, İstanbulun Aydın Universitetinin professoru, meteoroloq Güven Özdemir "RİA Novosti" agentliyinə müsahibəsində İranın Türkiyəni yağış buludlarını oğurlaması ittihamının isbatsız fərziyyə, əsassız nəzəriyyə olduğunu deyib. O,  dünyanın bütün ölkələrində quraqlıqların səbəbinin qlobal istiləşmə olduğunu söyləyib. 
Qeyd edək ki, bu yaxınlarda "Forbes" jurnalında dərc olunan məlumatda İranda ölkənin şimalında yağış buludlarının yoxa çıxması ilə əlaqədar rəsmi komissiya yaradıldığı bildirilirdi. Nəşrin yazdığına görə, ölkədə Türkiyənin İranın yağış buludlarını "oğurlaması" fərziyyəsi geniş yayılıb. Buna sübut olaraq, Türkiyənin şərqindən fotolar göstərilib. Həmin təsvirlərdə Türkiyədə dağların qarla örtüldüyü və ərazidə müntəzəm yağışlar yağdığı görünür. Halbuki, qonşu İranda bir damla da yağış olmur. 
Hürr Tərcüman